Dövlət qurumlarının əməkdaşları arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə üzrə Naxçıvan Muxtar Respublika turnirində ¼ final mərhələsinin görüşləri keçirilib. Nəticələr aşağıdakı kimidir:
Fövqəladə Hallar Nazirliyi - Kənd Təsərrüfatı Nazirliyi– 2:3
Daxili İşlər Nazirliyi - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 7:3
Ədliyyə Nazirliyi - Nazirlər Kabineti – 9:2
Maliyyə Nazirliyi - Dövlət Vergi Xidməti – 6:2
Bu nəticələrə əsasən Kənd Təsərrüfatı, Daxili İşlər, Ədliyyə və Maliyyə nazirliklərini təmsil edən komandalar yarımfinal mərhələsinə adlayıb.